Bakıda avtomobil 37 yaşlı kişini vurdu, vəziyyəti ağırdır

0
160

Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı piyada ağır xəsarət alıb.

Terefsiz.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində baş verib.

Belə ki, minik avtomobili yolu keçmək istəyən 1982-ci il təvəllüdlü Gəldiyev Rüfət Zərbəli olunu vurub.

Yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

istinad:oxu.az