Bakıda avtomobil ana və 6 yaşlı uşağını vuraraq komaya salıb

0
95

Bakıda ana və azyaşlı övladını avtomobil vuraraq ağır xəsarət yetirib.

“Terefsiz.az” “Report”a istinadən bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yolu keçən 1990-cı il təvəllüdlü Əhmədova Qənirə Rasim qızı və onun 6 yaşlı övladı Əhmədov Murad Abbas oğlunu avtomobil vurub.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Q.Əhmədovaya sağ ayağın sınığı və bədənin müştərək travması, M.Əhmədova isə qapalı kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əzikləri və komatik vəziyyət diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

terefsiz.az