Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Musayeva Mələkxanım Rəhim qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
istinad:oxu.az