Bakıda bədbəxt hadisə baş verib.
Terefsiz.az saytı xəbər verir ki, hadisə Nəsimi rayonu 4-cü mkr, Mircəlal 4 ünvanında qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü İsgəndərova Səma Coşqun qızı öz evlərinin eyvanından yıxılaraq xəsarət alıb.
4-cü mərtəbədən yıxılan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək travma, sol bud sümüyünün sınığı diaqnozu qoyulub və 12 yaşlı uşaq reanimasiyaya yerləşdirilib.
İstinad: report.az
Terefsiz.az