Martın 27-nə keçən gecə Bakının Binəqədi rayonunda iki aptekdə oğurluq hadisəsi baş verib.
Bu barədə Terefsiz.az-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
Biləcəri qəsəbəsində naməlum şəxs Ülkər Piriyevaya məxsus aptekdən 1400 manat pul, müxtəlif sənədlər və 500 manat dəyərində dərman oğurlayıb.
Həmin gecə Xocasən qəsəbəsində Abşeron rayon sakini Ceyhun Abbasova məxsus aptekdən də oğurluq olub. Əvvəlki zərərçəkəndən fərqli olaraq, C.Abbasova az ziyan dəyib. Oğurluq nəticəsində sahibkar 100 manat itirib. Hər iki oğurluq hadisəsi Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.
Ramella İbrahimxəlilova
istinad:oxu.az