Bakıda bu xəstəxana bağlandı, həkimlər və xəstələr binadan buraxılmır – RƏSMİ AÇIQLAMA

0
566

Bu gün səhər saatlarında Bakıda 3 saylı şəhər klinik xəstəxanası bağlanıb.

Terefsiz.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazılıb. Bildirilir ki, 3 saylı Şəhər Xəstəxanasına qəbul bir neçə saatdır dayandırılıb.

“Həkimləri və personalı binadan buraxmırlar. Sayları 100-dən çox olan xəstə və xəstə yaxınları xəstəxananın önünə toplaşıb. Səbəblər haqqında onlara bilgi verilmir. Məsələyə aydınlıq gətirmək üçün TƏBİB-lə əlaqə saxladıq.

Qurumun mətbuat katibi Rəvanə Əliyeva “baku.ws” saytına bildirib ki, xəstəxanada pofilaktik dezinfeksiya işləri aparılıb:

“Bu səbəbdən də xəstəxana boşaldılıb. İşlər bitdikdən sonra xəstəxana adi qaydada fəaliyyət göstərəcək. Bütün qaydalara əməl edilmək şərtilə xəstələr xəstəxanaya daxil ola biləcəklər”.