Bakıda daha bir fəhlə tikinti meydançasında öldü.

0
201

Terefsiz.az saytı xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tikinti meydançasında daha bir fəhlənin ölüm faktını qeydə alıblar. 

Sözügedən idarədən verilən xəbərə görə, bədbəxt hadisə sentyabrın 23-də, saat 15:00-da Nobel prospektində yerləşən “Ağşəhər”də baş verib. Fəhlə – Quba rayon sakini, 1996-cı il təvəllüdlü Nicat Əjdər oğlu Qonaqov yeddimərtəbəli yeni tikilinin üçüncü mərtəbəsindən yıxılıb. 

Zərərçəkəni “Baku City Hospital”a aparıblar, növbəti gün N.Qonaqov ölüb.

Hazırda faktla bağlı araşdırma başlanılıb.

Rayon prokurorluğu tikinti meydançasında təhlükəsizlik tədbirlərinin nə üçün görülmədiyini araşdırır.

Qeyd edək ki, tikinti şirkətləri zəruri təhlükəsizlik tədbirləri görmədiyindən, Bakıdakı tikinti meydanlarında yuxarı mərtbədən yıxılmaqla ölüm faktı müntəzəm şəkildə qeydə alınır.

İstinad: oxu.az