Bakıda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində A.Kunanbayev küçəsindəki mənzillərin birindən 10.000 manat, 15.000 ABŞ dolları və 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Fərid Nəbiyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.