Bakıda “Formula 2” üzrə ikinci yarış start götürüb

0
301

Bakıda “Formula 2” üzrə ikinci yarış start götürüb.

Terefsiz.az saytının məlumatına görə, turnirdə iştirak edən 10 komandanın 20 pilotu Bakı Şəhər Halqasını 21 dövrə vuracaqlar və 126,063 km məsafəni qət edərək qalibi müəyyənləşdirəcəklər. Yarışa saat 14:00-da yekun vurulacaq.

Ötən gün 174,087 kilometrlik məsafəni əhatə edən 29 dövrəlik ilk yarışda “Kampos” komandasının pilotu Cek Aitken bütün rəqiblərini qabaqlayıb. “Art Grand Prix”dən Nik de Vries ikinci, “Motorsport”dan Yordan Kinq üçüncü olub.

Qeyd edək ki, bu gün keçiriləcək “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi saat 16:10-da start götürəcək.

İstinad: Report.az

Terefsiz.az