Bakıda görünməmiş vəhşilik: Ögey ana azyaşlı uşaqlara işgəncə verdi – FOTO

0
170

Azərbaycanda iki azyaşlı uşaq valideynləri tərəfindən işgəncələrə məruz qalıb.  

Terefsiz.az-ın məlumatına görə, bu barədə məlumatı jurnalist Elgün Gəncimsoy sosial şəbəkədə paylaşıb.

Azyaşlı Qulu və Hüseyn adlı qardaşların anası onlar körpə olan vaxt vəfat edib.

Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Kazımov isə Nuranə adlı qadınla ailə qurub. Daha sonra Nuranə adlı qadın uşaqlara müxtəlif işgəncələr verib.

Qulu bildirib ki, atasıyla Nuranə yemək yeyəndə qardaşı Hüseynlə onu üzü divarda tək ayaqüstə saxlayıblar:

“Bir dəfə onlar kabab yeyirdilər, Hüseyn dedi ki, mən də kabab istəyirəm,  Nuranə şişi qızdırıb qaqamın belinə və boynuna vurdu”.

Hüseyn isə bildirib ki, axşam atası evə gec gəlirmiş:

“O, dəmir oğurlayıb satır. Biz Nuranənin qorxusundan dinməzcə küncdə dayanırdıq. Nuranə çay içəndə qardaşım Qulu susuz olduğu üçün onun ağzına baxdı. O da isti çayı Hüseynin üzünə atıb qaqamın üzün yandırdı. Sonra da məni qaz dəmiri ilə döydü”.

Qulunun sözlərinə görə, Nuranənin qardaşını ayağından asdığını atasına deyib:

“Atam da məni məftilnən boğazımdan asıb Nuranəyə dedi ki bizi döysün. Nuranə də boru ilə bizi döydü. Sonra ipdən düşürüb əllərimizi stolun üstünə qoyub çoxlu vurdular. Qardaşım bərkdən qışqırdı. Bizi ördəklər olan hinə saldılar. Hər gecə orda qaldıq. Qaqamın əli şişmişdi. Mən Nuranəyə qaqamın əlini göstərəndə o, mənim əlimi isti çaydana salıb yandırdı. Sonra da suluxlamış əlimi iynələdi”.

“Qaqam düz deyir. Bir dəfə ördək hinindən gəlib dedim ki, qardaşıma çörək versin. O, bizi yan-yana qoyub ikimizin də boğazına acı istiot tökdü. Sonra da üstümüzə soyoq su səpib çölə çıxardı. Qapını da bağladı”,  – deyə Hüseyn əlavə edib.

Ağcabədi rayon Aşağı Qiyamədinli kənd sakini Qulu kişi nəvələrinə verilən işgəncələrdən çox gec xəbər tutub. Baş verənlərə dəfələrlə şahidlik edib, şəkil çəkib, hüquq mühafizə orqanlarına müraciət edib.

Amma cavab ürəkaçan olmayıb: “Qızım qaraciyər serrozudan əziyyət çəkirdi. Digər qızım ciyərinin bir hissəsinin bacısına köçürülməsi üçün həkimlərə müraciət etdi. Amma Azərbaycan həkimləri bu əməliyyat üçün bizdən 170 000 manat pul istədilər. Türkiyədəki xəstəxanalərla əlaqə saxladıq. Onlar 120 000 istədilər. İmkanım çatmadı qızımı yaşatmağa. O dünyasını dəyişdi… Biri bir yaş yeddi aylıq, digəri isə iki yaş yeddi aylıq olan nəvələrim atalarının himayəsində qaldı. Onlar Bakıda Zabrat qəsəbəsində yaşayırdılar. Övladımın qoxusunu aldığım nəvələrimi yoxlamağa gedəndə hər dəfə bir işgəncə izi ilə rastlaşdım. Yeznəmə uşaq kimi yalvardım ki, bu körpələri incitməsin. Amma xeyiri olmadı. O, qızımdan sonra ailə qurduğu Nuranə adlı qadınla birləşib yetim körpələrə olmazın işgəncə ediblər. Qolun qılıncın sındırıblar. Bunu polis bilməsin deyə ara həkiminə müraciət ediblər. O da əlli manat alıb müalicə edib. Yazıq yetimlərı boğazından və ayağından asıblar. Dağ çəkiblər. Belində siqaret söndürüblər. Barmağın qaynar suya salıblar”.

Məlumata görə, uşaqlar hazırda ana babalarının yanındadılar. Onların atasının himayəsindən alınıb babasına verilməsi üçün Sabunçu rayon məhkəməsinə müraciət edilib.

İlhamə Əbülfət 

istinad:oxu.az