Bakıda güclü külək hasarı aşırdı: Qaz xətti zədələndi – FOTO

0
203

Güclü külək Bakıda daş hasarı uçurub.

Terefsiz.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumatlara görə, hadisə aprelin 15-i gecə saatlarında Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.

Gecə saatlarından başlayan güclü küləyin təsirindən vətəndaşa məxsus fərdi yaşayış evinin hasarı aşıb.

Hasar aşarkən ərazidən keçən 57 mm diametrli qaz xəttinin 30 metrlik hissəsi zədələnib. Təhlükəsizlik tədbirləri olaraq, aprelin 25-dək evin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda ərazidə bərpa işləri aparılır.

Qeyd edək ki, hasarı aşan evdə hazırda yaşayış yoxdur.

istinad:oxu.az