Bakının Nərimanov rayonunda bədbəxt hadisə baş verib.
Xebersiz.az “Report”-a istinadən xəbər verir ki, Ağa Nemətulla küçəsindən 1990-cı il təvəllüdlü Əliyev Babək Oqtay oğlu sol qasıq nahiyəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarasi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına daxil olub.
Xəstə və qohumlarının məlumatına görə, o, yıxılıb və bu zaman qasıq nahiyəsinə dəmir batıb.
Xəstə əməliyyat olunub.
Ramin Şahbazov
istinad:report.az