Bakıda iki nəfər dəm qazından zəhərlənərək öldü

0
117

Dünən Bakıda iki nəfər dəm qazının qurbanı olub.

Bu barədə Terefsiz.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Yanvarın 26-sı saat 12:50 radələrində Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən evinin hamam otağında 19 yaşlı Bahar Umid qızı İbadullayevanın meyiti tapılıb.

Oxşar hadisə Nərimanov rayonundakı “Kamennı karyer” adlı ərazidə yerləşən evdə baş verib. Mərhum 23 yaşlı Faiq İlqar oğlu Quliyevdir.

Faktlar rayon prokurorluqları tərəfindən araşdırılır.

Ramella İbrahimxəlilova

istinad:oxu.az