Bakıda kafedə avtomatdan atəş açaraq qətl törədən şəxsin məhkəməsi başlayıb

0
251

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə qətl törətməkdə təqsirləndirilən Hikmət Abbasquliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Terefsiz.az saytının xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 30-natəyin edilib.

Qeyd edək ki, Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən kafelərdən birində ötən avqustun 9-da naməlum şəxs odlu silahdan atəş açaraq Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyevə və Elxan Kərimovaxəsarət yetirib. Nəticədə N.Allahverdiyev ölüb, E.Kərimov isə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanlarının əməkdaşları qətli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş H.Abbasquliyevi saxlayıb.

H.Abbasquliyevdən 1 ədəd nömrəsi silinmiş AKMS markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb.

İstinad: Report.az

Terefsiz.az