Bakıda kişi hamilə arvadına 3 bıçaq zərbəsi vurub

0
76

Bakının Sabunçu rayonunda 20 yaşlı qadına 3 bıçaq zərbəsi vurulub.

“Terefsiz.az”ın məlumatına görə, ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanan 2003-cü il təvəllüdlü Bəkirova Həvva Məhəmməd qızı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarın və bud nahiyələrindən 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Qeyd edək ki, H. Bəkirova 4 aylıq hamilədir.

Hadisənin təfərrüatı araşdırılır.

terefsiz.az