Bakıda 32 yaşlı kişi hovuzda boğulub.
Terefsiz.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsi L.Hüseynov küçəsində yerləşən evlərdən birində baş verib.
Sözügedən ünvanda yaşayan 1988-ci il təvəllüdlü Fərid Həsənov həyətdə hovuza düşüb. Hadisə nəticəsində o boğularaq ölüb.
Məlumata görə, F.Həsənov epilepsiya xəstəsi olub.
Faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli
istinad:oxu.az