Bakıda intihara cəhd hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
1976-cı il təvəllüdlü Mehdiyev Rafael Xanlar oğlu bıçaqla özünə xəsarət yetirib.
O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı R.Mehdiyevə qarnın ön divarında bir ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb.
Yaralı cərrahi əməliyyat olunub.
istinad:oxu.az