Bakının Xəzər rayonunun dörd sakini quduz itin hücumuna məruz qalıb.
Bu barədə Terefsiz.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Martın 13-ü, saat 19:00-dan 20:30-dək Binə qəsəbəsində quduz küçə iti Fərqanə Quliyevaya (1968-ci il təvəllüdlü), Cahan Seyidovaya (1960-cı il təvəllüdlü), Fərzanə Quliyevaya (1989-cu il təvəllüdlü) və Vüqar Yusifova (1968-ci il təvəllüdlü) hücum edərək onları dişləyib.
Zərərçəkənlər 29 saylı Şəhər Klinik Xəstəxanasına müraciət ediblər.
Quduz it hələ tapılmayıb.
istinad:oxu.az