Bakının Xətai rayonunda mənzildən külli miqdarda oğurluq olub.
Bu barədə Terefsiz.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Martın 26-da naməlum şəxslər Naximov küçəsində yerləşən, 1979-cu il təvəllüdlü Şahin Qarayevə məxsus mənzilin qapısını açaraq evə daxil olub, oradan 5000 manat və 10 min dollar məbləğində pul, 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.
Qeyd edək ki, zərərçəkən yalnız üç saat evdə olmayıb. Buradan cinayətkarların zərərçəkənin vərdişlərini öyrəndikləri və oğurluğa diqqətlə hazırlaşdıqları məlum olur.
Faktla bağlı hələlik həbs olunanlar yoxdur. 35-ci Polis Bölməsinin əməkdaşları bu istiqamətdə işləyirlər.
Daxili İşlər Nazirliyinin paytaxt şöbələrindən verilən məlumata görə, ötən gün ərzində Bakıda 24 oğurluq hadisəsi qeydə alınıb.
Ramella İbrahimxəlilova
istinad:oxu.az