Bakıda məktəbdə şagird döyülüb, polis araşdırmalara başlayıb

0
93

“Bakıda məktəbdə şagirdin digər şagird tərəfindən döyülməsi faktı ilə bağlı polis araşdırmalara başlayıb”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

O deyib ki, nazirlik görüntülərdən məlumatlıdır, hazırda araşdırmalar davam edir: “Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, sosial şəbəkədə orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı videogörüntülər yayılıb. Hadisənin Bakıda 112 saylı orta məktəbdə baş verdiyi bildirilir.

Paytaxtda yerləşən məktəbdə şagirdin digər şagird tərəfindən döyülməsi faktı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən də müvafiq araşdırma aparılır.

Bu barədə  idarədən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb.

“Məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür”, – məlumatda qeyd edilib.

terefsiz.az