Bakıda meyiti tapılan şəxslərin hamısının adları açıqlanıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən sorğusuna cavab olaraq bildirilib ki, Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfər şəxsin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.
Araşdırma zamanı vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib.
İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.