Bakının Nəsimi rayonunda şəxsiyyəti məlum olmayan kişi meyiti tapılıb.
Terefsiz.az xəbər verir ki, meyit H.Seyidzadə küçəsi 4 ünvanının qarşısında aşkar edilib.
Üzərində heç bir zorakılıq əlamətləri olmayan 25-30 yaşlı kişinin fevralın 24-ü axşam saatlarında öldüyü təxmin edilir.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Dursun Tağıyeva
istinad:oxu.az