Bakıda naməlum kişi xəstəxanada öldü

0
142

Bakıda kimliyi bəlli olmayan kişi xəstəxanada ölüb.

Bu barədə Terefsiz.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, səfil həyatı sürən, kimliyi məlum olmayan kişi paytaxtın Xəzər rayonu, “Türkan bağları” adlanan ərazidə pis vəziyyətdə tapılıb.

Təcili tibbi yardımla həmin şəxs fevral ayının 2-də “kəskin qastroenterokolit, kardioskleroz xroniki bronxit ÜİX” diaqnozu ilə 19 saylı Birləşmiş şəhər xəstəxanasına gətirilib. Həmin gün oradan 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) aparılıb. Fevralın 8-də isə o, KTM-dən 22 nömrəli Birləşmiş şəhər xəstəxanasına aparılıb.

Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq, naməlum şəxs mart ayının 18-də “ÜİX, ateroskleroz, kardioskleroz, kəskin bronxit” diaqnozları ilə ölüb.

Meyitin kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri və araşdırma davam etdirilir.

Könül Cəfərli

istinad:oxu.az