Bakıda NATO kursu keçiriləcək

0
66

NATO-nun “Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası” kursunun (OCC E&F Database Training Course) beynəlxalq təlimatçıları Bakıya gəlib, sentyabrın 26-da növbəti kurs keçiriləcək.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyin məlumat yayıb.

Məqsəd NATO qərargahlarında və tərəfdaş ölkələrdə ƏİK proqramına cəlb olunan hərbi qulluqçulara ƏİK tədbirlərinin planlaşdırılması və icrası mərhələsində məlumat bazasının tətbiqinin öyrədilməsidir.

Hazırlıq mərhələsində yerli və xarici mütəxəssislərdən ibarət təlimatçılar kursun mövzularını və qarşıya qoyulan məqsədləri dəqiqləşdirir.

terefsiz.az