Bakının Nəsimi rayonu ərazisində yerləşən Qızılgül Parkında xoşagəlməz hadisə baş verib.
TEREFSİZ.AZ saytı xəbər verir ki, parkdakı hovuzun üzərində qoyulmuş, dairəvi formalı ağır dekorativ daşlardan biri təxminən 6-7 yaşlı uşağın üzərinə aşıb.
Nəticədə onun ayaqları əzilib.
Uşaq parka çağırılmış polis əməkdaşlarının köməyi ilə xəstəxanaya çatdırılıb.
İstinad: report.az