TEREFSİZ.AZ saytı xəbər verir ki, Paytaxtda fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblər, küçə ticarəti, avara və tufeyli həyat tərzi sürən şəxslərin profilakatikası, antisanitariya normalarının tam və hərtərəfli təmin olunması üçün polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər keçirilir.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir çərçivəsində xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun aparılması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə paytaxtın bütün ərazilərində naryad qrupları təlimatlandırılıb.
Qeyd olunan hallarla bağlı, mövcud qayda və tələblərə əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq, tədbirlər görülür.
Terefsiz.az