Nəsimi rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.
Terefsiz.az xəbər verir ki, “Infiniti” markalı avtomobili idarə edən xanım sürücü 3-cü mikrorayon dairəsində “Opel” markalı avtomobilə dəyib. “Infiniti”yə ciddi ziyan dəyib. Ancaq buna baxmayaraq, xanım sürücü “Opel”in sahibi ilə mübahisə edib. Bu azmış kimi çəkiliş qrupunun da işinə mane olmağa çalışıb. Özü də kameraya əl ataraq…
Əraziyə Yol Patrol Xidmətinin əməkdaşları cəlb edilib. Xanım sürücü sənədlərini təqdim etməkdən boyun qaçırıb. Baş vermiş qəza yerinə Post Patrol Xidmətinin əməkdaşları da cəlb edilib. Sonda hər iki sürücünün izahatı alınıb.
Qeyd edək ki, “Infiniti” markalı avtomobilin sürücüsü olan xanım iki gün öncə qəzaya uğramış “Jeep” markalı avtomobildə sərnişin qismində əyləşmişdi. O hadisə yerində olan əməkdaşlarımızı təhqir edərək işinə mane olmağa çalışmışdı.
Onu da deyək ki, o bu gün qəzaya uğradığı avtomobillə iki gün öncə hadisə yerindən əks istiqamətli yola çıxaraq hərəkət etmişdi.
İstinad: APA
Terefsiz.az