Bakının Sabunçu rayonunda yerləşən “Stimul” hospitalı yaxınlığında bıçaqlanma hadisəsi baş verib.
Terefsiz.az -ın məlumatına görə, hadisə nəticəsində 46 yaşlı Elmira Hüseynova bıçaqlanıb.
Faktla bağlı Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, qadın təcili yardım briqadası ilə 3 saylı xəstəxanaya yerləşdirilib:
“Həkimlər qadını müayinə edib. Ona sol budunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Qadının müalicəsi davam edir. Vəziyyətinin orta-ağır olduğu bildirilib”.
Faktla bağlı Sabunçu rayon Polis Bölməsində araşdırma aparılır.
Terefsiz.az