Bakıda qanunsuz parkinqlər

0
650

 

Əziz dostlar, yavaş -yavaş torbadan pisiyin quyruğu görünür. Bilirsiniz ki, mən dəfələrlə Bakı şəhərinin küçələrində qanunsuz parklanmalar yaradan bir şirkət haqqında yazmışam. Bu adamlar kimlərdirsə ,arxasinda duran hansı qüvvədirsə belə baxıram dövlət orqanlarından, BNA dan, DİN-dən daha güclüdür. Çünki BNA-nın mətbuat katibi Mais Ağayevin dediyinə görə dəfələrlə Daxili İşlər Nazirliyinə müraciət ediblər. Amma, necə və hansı qaydada, o hələ ki, bəlli deyil. Bu haqda bir həftə əvvəl Kanal 13-də gedən kadrlarda Mais müəllim özü deyir.
İndi gələk bu məsələnin maliyyə tərəfinə. Bakı şəhərinin küçələrinin sayını təəssüf ki, tapa bilmədim.Amma Azərbaycan Statistika Komitəsinin 2017 ci il hesabatına görə hər yüz ailəyə 101 minik avtomobili düşür.Tək bir küçədə park edən avtomobillərin sayını nəzərə alsaq 100-200 avtomobil, giriş – çıxış edən avtomobil sayı isə 300-dən çoxdur. Bəzi yerlərdə mənim özümdən də tələb edildiyi kimi, saatı 2 manatdan hesablanan yerlər var. Bu isə tək bir küçədə minimum günlük 300-350 manat edir.Bir günlük Bakı şəhərinin azından 100 küçəsindən yığılan pul 35000,00 manat ,bir aylıq isə 1050000,00 manat edir.Bu sadəcə küçələrə aiddir.Bir o qədər isə restoranların, xəstəxanaların, biznes mərkəzlərinin, məktəb və digər təhsil ocaqlarının,  bazarların qarşısından yığılır. Lap deyək ki, hamısı bir yerdə 1,5 milyon manat olsun. Bu puldan vergi verilirmi,xeyr. Bu pul dövlətin cibindən,büdcəsindən qaçırılır. Nədənsə başqa vaxt kiçik bir köşkə belə yaxınlaşan Vergilər Nazirliyinin əməkdaşları belə ortada gözə dəymir. Bir ildə 4,5 milyon manatlıq bu quldurluğa isə hələ də üç ciddi qurum susur. Aidiyyatı qurumlara həmin bu şirkətin məlumatlarını verirəm.Görürəm BNA və digər qurumlar çətinlik çəkir.
“İsgəndər APA Parking”MMC
VÖEN 1305646641
Ünvan –AZ1029 \ Bakı şəhəri,Nizami r,H.Əliyev pr.Ev 115

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün planda 7.2.13. Nəqliyyat vasitələrinin dayanma, durma və parklanma qaydalarının təkmilləşdirilməsi və bu qaydaların tələblərinə əməl edilməsinə nəzarətin gücləndirilməsi 7.2.13.1. və 7.2.13.2. nəzərdə tutulmuşdur.Artıq sərəncamdan 6 ay keçməsinə baxmayaraq hələ də BNA sadəcə bəyanatlarla kifayətlənir.Buna görə də həmin sərəncamın 7.1.9. bəndindəki, “Yol hərəkəti təhlükəsizliyi ilə bağlı ictimai iştirakçılığın təmin edilməsi”ni əsas göturərək BNA –dan bu biabırçılığa son qoymasını xahiş edirəm. Butun aşağıda qeyd etiyim təşkilatlara sərəncamdan nümunə götürərək bu haqda tədbir görməyə qanuni haqqlarının olmasını bir daha xatırladıram. Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Həmkarlar İttifaqları Konfederasiyası, “Azərbaycan Dəmir Yolları” QSC, Dövlət Turizm Agentliyi, Azərbaycan Avtomobil Federasiyası.Vergilər Nazirliyi,BNA.

Qeyd: Mənə küçələrin BNA əməkdaşları tərəfindən “icarəyə” verildiyi haqqında məlumt gəlir.Bu barədə dəqiqləşdirdikdən sonra məlumat verəcəyəm.

Zamin Mürsəlov

Terefsiz.az