Bakıda Qlobal Sağlamlıq Turzimi Forumu keçiriləcək

0
274

Aprelin 23-də Bakıda 3-cü Qlobal Sağlamlıq Turzimi Forumu keçiriləcək.

Terefsiz.az xəbər verir ki, “Qlobal Sağlamlıq hamı üçün” şüarı altında gerşəkləşdiriləcək bu tədbirdə Qlobal Sağlamlıq Turizmi Şurasına (QSTŞ) üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərlərindən, müalicəvi-sağlamlıq sektoru üzrə baş menecerlərindən, aparıcı ekspertlər və nüfuzlu alimlərdən ibarət ümumi sayda 150 nəfər xarici və yerli  qonağın iştirakı nəzərdə tutulur.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından verilən məlumata görə, Forumda AR İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Məclis, aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanları, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycancan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Mehmanxanalar Assosasiyası, turizm informasiya mərkəzləri, müalicəvi-sağlamlıq mərkəzləri, turizm şirkətləri və respublikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, yerli və xarici kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan 2018-ci il aprelin 7-dən Qlobal Sağlamlıq Turizmi Şurasına rəhbərlik edir.

Xatırladaq ki, Azərbaycan bu qurumda 2013-cü ildən, təşkilatın idarə heyətində isə 2014-cü ildən təmsil olunur.

İstinad: Milli.az

Terefsiz.az