Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Terefsiz.az APA-ya istinadla xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.
1965-ci il təvəllüdlü Əhmədov Elvin Seyran oğlu qonşusu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı paytaxtdakı özəl klinikaların birinə yerləşdirilib.
Dava zamanı paytaxt sakini Elvin Əhmədovla yanaşı onun qohumu – 1962-ci il təvəllüdlü Əhmədov Seyran Həmid oğlu da bıçaqlanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.