Bakıda sakinlərin narazılığına səbəb olan obyektin tikintisi dayandırıldı

0
129

Xəbər verdiyimiz kimi, Yasamal rayonu Zahid Xəlilov küçəsində obyekt tikintisinin başlanılması 54 nömrəli binada yaşayan sakinləri ayağa qaldırıb.

Sakinlərin sözlərinə görə, beşmərtəbəli binaya demək olar ki, bitişik tikilən obyekt onların həm gediş-gəlişinə maneə yaradacaq, həm də evlərinə günəş işığının düşməsinə əngəl olacaq. Bununla da binada nəmlənmə baş verəcək.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Elçin Rzayev  açıqlama verib.

Onun sözlərinə görə, qeyd olunan qeyri-yaşayış obyektinə dair Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən 12.06.2018-ci il tarixli sərəncam verilib:

“Hazırda bu ünvanda tikintiyə icazə sənədləri olmadığından aparılan işlər dayandırılıb”.

istinad:oxu.az