Bakıda piyadaların xəsarət alması ilə nəticələnən bir neçə yol qəzası qeydə alınıb.
Terefsiz.az xəbər verir ki, qəzaların biri Nərimanov rayonunda baş verib. Ağa Neymətulla küçəsini keçmək istəyən 1995-ci il təvəllüdlü İsmayılov Ənvər Eldar oğlunu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ə.İsmayılova müştərək travma, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Biləcəri qəsəbəsində avtomobil 1988-ci il təvəllüdlü Salamov Tural Aslan oğlunu vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Balaxanı qəsəbəsində isə 99-FH-321 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Məmmədova Rəşiqə Ağadadaş qızını vurub.
Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırıb. R.Məmmədova reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.
Hər üç faktla bağlı araşdırma aparılır.