Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə yarışında qəribə hadisə baş verib.
Terefsiz.az-ın “Report”dan məlumatına görə, 81 kq çəki dərəcəsində tatami üzərinə çıxan Portuqaliya idmançısı Anri Equtidzenin kimonosundan mobil telefon düşüb.
Hadisə isveçli Robin Paçeklə 1/16 final görüşünün 13-cü saniyəsində qeydə alınıb. Nəticədə Equtidze diskvalifikasiya edilib. Qaydalara əsasən, tatamiyə kənar əşyalar gətirmək qadağandır.
Anri Equtidze gənclər arasında Avropa çempionu, müxtəlif sayda qran-prilərin mükafatçısıdır.
Böyük Dəbilqənin ilk 2 yarış günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Yarış bu gün yekunlaşacaq.