Bakıda yol polisinə bıçaqla hücum etdilər

0
131

Dövlət Yol Polis əməkdaşına bıçaqla xəsarət yetirmək istəyən sürücü zərərsizləşdirilib.

Terefsiz.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsi məlumat yayıb.

Yanvarın 31-i saat 10:50 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 68-ci kilometrində, paytaxtın Qaradağ rayonu ərazisindən keçən hissəsində şüşəsinə sayrışan işıqlar quraşdırıldığına görə YPX inspektorları tərəfindən “Reanault Tondar” markalı, 99-UD-071 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Seyidzadə Mirsamir Mirhəşim oğlu saxlanılıb. Bu zaman sürücü YPX əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, əlindəki bıçaqla polislərə xəsarət yetirməyə cəhd edib.

Lakin YPX inspektoru polis baş serjantı Anar İbrahimovun cəld hərəkəti və çevikliyi nəticəsində zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə istintaq orqanlarına təhvil verilib.

istinad:oxu.az