Bakıda ərini öldürən qadın ifadə verib

0
278

Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Terefsiz.az saytının xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə V.Orucova özünü qismən təqsirli bildiyini deyib.

O, sərbəst ifadəsində əri Rövşən Musayevin onu döyüb işgəncə verdiyini söyləyib.

V.Orucova ərinə xəyanət etməsi ilə bağlı deyilənlərin yalan olduğunu deyib: “Rövşən məni bıçaqla vurmaq istəyirdi. Bu zaman bıçaq onun əlindən düşdü. Mən də bıçağı yerdən götürüb Rövşəni vurdum”.

Qeyd edək ki, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev paytaxtın Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən V.Orucova saxlanılıb.

Terefsiz.az