Qobustan rayonu ərazisində yol qəzası baş verib.
TEREFSİZ.AZ saytı Trend-ə istinadən bildirir ki, hadisə rayonun Mərəzə qəsəbəsi ərazisində baş verib. Bakıdan Zaqatalaya gedən “Mercedes Vito” markalı mikroavtobus hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı beton dirəyə çırpılaraq aşıb. Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən 1 nəfər dünyasını dəyişib, 2 nəfər isə ağır xəsarət alıb.
Xəsarət alanlar Qobustan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən və yaralananlar Zaqatala rayon sakinləridir.
Məlumata görə, hadisəyə səbəb yağışlı hava şəraiti olub. Güclü yağış nəticəsində yol sürüşkən olduğundan sürücü dönmə əməliyyatını düzgün aparmadığından idarəetməni itirərək aşıb.
Faktla bağlı araşdırma aparılır.
Qafqazİnfo-nun məlumatına görə, bir neçə saat öncə “Mercedes Vita” markalı 90 XP 790 nömrəli mikroavtobusun sürücüsü idarəetməni itirirək maşını aşırıb.
İlkin məlumata görə, qəza nəticəsində 1996-cı il təvəllüdlü qadın ağır xəsarət alıb.
Həmin mikroavtobusun Bakı-Zaqatala istiqamətində sərnişin daşıma ilə məşğul olduğu bildirilir.
****
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev MediaPost-a bildirib ki, qəza nəticəsində bir nəfər ölüb:
“Mikroavtobus Bakı istiqamətində hərəkətdə olub. Yolda yağışın yaratdığı sürüşmə nəticəsində itirib və beton arakəsməyə çırpılaraq aşıb. Hadisə nəticəsində Qax rayon sakini, 1996-cı il təvəllüdlü qadın başı daşa dəyərək həyatını itirib”.
Terefsiz.az