Bakıdan Tbilisiyə uçan “Buta Airways”in təyyarəsi tufana görə geri qayıdıb

0
158

AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2 9225 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (tufan) olub.

Təyyarə yerli vaxtı ilə saat 23:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.

terefsiz.az