Bakıya yeni metro vaqonları gətirilir

0
69

F.Əhmədovun sözlərinə görə, hazırda “Bakı Metropoliteni”nin vaqon parkının 30%-dən çoxu yeni vaqonlardır. 

“Yeni vaqonların alınması ilə bağlı Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə əməkdaşlığımız növbəti illərdə də davam edəcək. Onlar bizə texniki xidmət və ehtiyat hissələri ilə bağlı da dəstək verir. Qarşıdakı illərdə digər istehsalçılarla əməkdaşlıq etmək nəzərdə tutulmur. Hazırda yeni qatarlarımızın sayı 19-dur, 4 yeni qatarın gətirilməsi ilə 23-ə çatdırılacaq.

Bundan başqa, bu il 10 köhnə vaqon sökülüb, aidiyyatı üzrə qara və əlvan metalları təhvil verilib. Bu proses növbəti illərdə də davam etdiriləcək”, – o bildirib. 

terefsiz.az