Millimizin və “Tobol”un üzvü Emil Balayev Qazaxıstan çempionatının 21-ci turunda “Atırau” ilə keçirilən görüşün (1:0) ən yaxşı futbolçusu seçilib.
Terefsiz.az saytı klubun saytına istinadən xəbər verir ki, sözügedən matçda qapısını toxunulmaz saxlayan və seyvlərə imza atan 24 yaşlı qolkiper “Instat”ın təhlilinə görə, növbəti dəfə hamının qabaqlayıb. Onun çıxışı 272 xalla qiymətləndirilib. Millimizin oyunçusunun 24 dəqiqə ötürmə (71 faiz) verdiyi vurğulanıb.
Balayevin komanda yoldaşları – Fernander Kassay (268) 2-ci, Senin Sebaisi (261) 3-cü olub.
Terefsiz.az