Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) Kənd Təsərrüfatı Nazirliyinin bir sıra qurumlarında əməliyyat keçirib.
Terefsiz.az unikal.org-a istinadən xəbər verir ki, subsidiyaların verilməsində, rüşvət tələb etdikləri üçün nazirliyin bır sıra əməkdaşları saxlanılıb.Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov faktı Unikal.org-a təsdiqləyib. O, bildirib ki, yaxın saatlarda ictimaiyyətə əlavə məlumat veriləcək.