“Bandotdel”in şöbə müdirinə federasiyada vəzifə verildi – ÖZƏL

0
257

 

Azərbaycan Atıcılıq Federasiyasına yeni vitse-prezident təyinatı olub.

TEREFSİZ.AZ saytı xəbər verir ki, polis polkovnik-leytenantı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) şöbə müdiri Tofiq Bəylərov bu qurumun üçüncü vitse-prezidenti olub.

 

Xatırladaq ki, Atıcılıq Federasiyasının prezidenti daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovdur. Digər iki vitse-prezident daxili işlər nazirinin müavini, general-leytenant İsmət Əliyev və stend atıcılığı üzrə olimpiya çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti və polis polkovniki olan Zemfira Meftahəddinovadır.

İstinad: oxu.az

 

Terefsiz.az