Bank kartları vasitəsiylə saxtakarlıq edən qruplaşma saxlanılıb.

0
297

Cinayətkar dəstəyə rəhbərlik edən Quba rayon sakini Elnur Xahtari və İmişli rayon sakini Hümbət Həsənov, eləcə də əlaqədar şirkətlərin vəzifəli şəxsləri də daxil olmaqla ümumilikdə 12 nəfər saxlanılaraq, Daxili İşlər Nazirliyi baş mütəşşəkkil cinayətkarlıqla mübarizə idarəsinə gətiriliblər.

Araşdırma nəticəsində məlum olub ki həmin şəxslər Quba, Xaçmaz, İmişli, Şəmkir və s. rayonlarda fəaliyyət göstərən fermerlərə məxsus subsidiya vəsaitlərinin köçürüldüyü kartları qanunsuz olaraq, öz əllərində cəmləşdiriblər. Daha sonra dəstə üzvləri onlara yaxın olan adamların adamların adlarına formal hüquqi şəxslər yaradaraq, müxtəlif əmtəəsiz maliyyə əməliyyatlar aparmaqla vəsaitələri nağdlaşdıraraq mənimsəyiblər.

İlkin araşdırmalarla həmçini o da müəyyən olub ki, dəstə üzvləri tərəfindən yaradılan “Hay Aqro”, “Rövşənoğlu Aqro” MMC-lər və digər 6 fiziki şəxs vasitəsiylə cari ilin 3 ayı ərzində respublikanın ayrı-ayrı bölgəsində ikimindən artıq fermerə məxsus subsidiya toplanılıb. Daha sonra kartlardakı pul vəsaitləri saxta sənədlər əsasında formal şəxslərin adlarına yaradılmış şirkətlərin bank hesablarına köçürülüb və 25-40 %  ödəniş müqabilində nağlaşdırılıb. Bu qanunsuz maliyyə nəticəsində ümumilikdə beş milliyon manata yaxın subsidiya üçün ayrılmış maddi vəsait təyinatı üzrə istifadədən yayındırılaraq, dəstə üzvləri tərəfindən mənimsədilib.