Banqladeşdə daşqın nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb

0
116

Banqladeşin müxtəlif bölgələrində güclü leysanların törətdiyi daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı artıb.

Bu barədə “TEREFSİZ.AZ” “Channel NewsAsia” telekanalına istinadən xəbər verir.

Təbii fəlakət nəticəsində 27 nəfər ölüb, 4 milyondan çox insan isə fəlakət zonasında qalıb.

Son 15 ildə ölkənin yüksək dağlıq ərazilərində baş verən sürüşmələr nəticəsində 200-dən çox insan həlak olub.

TEREFSİZ.AZ