Barsa satır , Başakşehir istəmir

0
325

“Barselona” bu mövsüm “Başakşəhər”ə icarəyə göndərdiyi futbolçusu Arda Turanı satmaq istəyir.

Terefsiz.az-ın “Sport”a istinadən yaydığı xəbərə görə, Kataloniya klubu həm heyətində futbolçu sayını azaltmaq, həm də türk yarımmüdafiəçi üçün “Atletiko”ya ödədiyi 41 milyon avronun qarşılığını almaq üçün bu fikrə düşüb.

“Barsa”ya yaxınlığı ilə bilinən qəzet yazıb ki, klub oyunçunu hazırda icarədə oynadığı “Başakşəhər”ə birdəfəlik satmağı planlaşdırır. Ancaq İstanbul təmsilçisi bu təklifə müsbət baxmır.

Ardanın satışından gəlir əldə etmək istəyən ispanların oyunçunun Türkiyədə yaşadığı qalmaqallar səbəbindən bu barədə çətinlik çəkəcəyi vurğulanıb.