Barselonadan acı etiraf
“Barselona”nın prezidenti Yosep Maria Bartomeu “Mançester Yunayted”in futbolçusu Paul Poqba ilə bağlı açıqlama verib.
Terefsiz.az saytı xəbər verir ki, klub rəhbəri 26 yaşlı futbolçu ilə 4 il əvvəl maraqlandıqlarını, amma həmin vaxt transferi reallaşdırmaq üçün maddi imkanlarının yetərli olmadığını bildirib:
“2015-ci ilin yayında “Yuventus” rəhbərliyinə Poqbanı satmaq istəyəcəkləri halda onunla maraqlanacağımızı söylədik. Daha sonra bizə etməli olduğumuz təklifi çatdırdılar. Amma həmin vaxt tələb olunan məbləği ödəmək gücündə deyildik.
Qeyd edək ki, “Yuventus” Poqbanı 2016-cı ildə “Yuventus”dan 105 milyon avroya “Mançester Yunayted”ə satıb. Həmin vaxt bu transfer rekordu hesab olunurdu. Onun rekordunu 222 milyon avroya “Barselona”dan PSJ-yə keçən Neymar qırıb.
İsmayıl Abdullayev