“Barselona”nın futbolçusu Ronald Arauxo İspaniya La Liqasında XXXVI turun “Selta” ilə ev oyununda ağır zədə alıb.
23 yaşlı müdafiəçi ikinci hissədə komanda yoldaşı Qavi ilə kəllə-kəlləyə toqquşub. Nəticədə uruqvaylı oyunçu huşunu itirib və 68-ci dəqiqədə meydanı reanimobillə tərk edib.
Qeyd edək ki, qarşılaşma “Barselona”nın qələbəsi ilə yekunlaşıb – 3:1. Qalib komandadan qolları Memfis Depay 30-cu, Pyer-Emerik Obameyanq 41-ci və 48-ci dəqiqələrdə vurub. “Selta”dan isə Ceyson Murilyo 58-ci dəqiqədə qırmızı vərəqə alıb.
36 oyundan sonra “Barselona” 72 xalla 2-ci yerdə gedir. “Selta” isə 43 xalla 11-cidir.
TEREFSIZ.AZ