Baş katib: “NATO-nun 24 ölkəsi İsveç və Finlandiyanın Alyansa üzvlük protokolunu təsdiqləyib”

0
102

NATO-nun 30 ölkəsindən 24-ü İsveç və Finlandiyanın Alyansa üzvlüyü ilə bağlı protokolu ratifikasiya edib.

“Terefsiz.az” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

O deyib ki, hələ də bu məsələdə Alyansla Türkiyə arasında fikir ayrılığı var: “Lakin biz bu fikir ayrılığını aradan qaldırmağa çalışırıq”.

Qeyd edək ki, iyun ayında NATO-nun Madriddə keçirilən sammitində İsveç və Finlandiyanın Alyansa üzv qəbul olunması barədə razılıq əldə edilib. Rəsmi Ankara dəfələrlə bəyən edib ki, İsveç və Finlandiyada sığınacaq tapan terrorçular Türkiyəyə təhvil verilməsə protokolları təsdiqləməyəcək.

terefsiz.az