Baş nazirdən QƏRAR – Bir ton üçün bir manat rüsum

0
138

“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib.

TEREFSİZ.AZ -ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabineti qərara alıb ki, reaktiv mühərriklər üçün “TC-1” markalı yanacağın bir tonu üçün bir manat rüsum tutulsun.

Reaktiv mühərriklər üçün digər yanacaq növlərinin bir tonuna 80 manat rüsum müəyyən edilib.

“KO-20” markalı işıqlandırıcı kerosin və “KT-2” markalı texniki məqsədlər üçün kerosinin bir tonuna bir manat rüsum tətbiq ediləcək.

Digər məqsədlər üçün kerosin idxalının bir tonuna isə 80 manat rüsum müəyyənləşdirilib.

Nazirlər Kabinetinin bu qərarı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifinə əsasən verilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2021-ci il yanvarın 1-dək qüvvədədir.

Müvafiq qərar fevralın 27-də imzalanıb.