“Bavariya” gənc futbolçusu Lars Lukas May ilə müqaviləni yeniləyib.
Terefsiz.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb. 19 yaşlı futbolçunin yeni sözləşməsi 2022-ci ilin iyununa qədər nəzərdə tutulub.
Qeyd edək ki, May 2014-cü ildə Drezden “Dinamo”sundan “Bavariya”ya keçib. O, ötən mövsümdən əsas komandaya cəlb olunub.